Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransı keçiriləcəkdir.

Bakı Dövlət Universitetinində 14 may 2021-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların, o cümlədən magistrant və doktorantların “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika Microsoft Teams platforması üzərindən virtual Elmi Konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyənlər tədqiqat işlərini 30 aprel 2021-ci il saat 17:00-dək tezis şəklində (3 səhifədən çox olmamaqla) aytakinafandiyeva@bsu.edu.az ünvanına göndərə bilərlər.
            Konfrans  materiallarının hazırlanma qaydaları:
            Materialın həcmi – A4 formatlı 3 səh.-dən çox olmamaqla (sağdan, yuxarıdan və aşağıdan  2 sm, soldan-3 sm olmaqla)
            Məruzənin adı - şrift ölçüsü 14, çap hərfləri ilə, mərkəzdə, interval 1,0, tünd qara.
            Müəlliflər - şrif tölçüsü 14, interval 1,0. Müəlliflərin adı, atasının adı (inisialları) soyadı, tünd qara.
            Təşkilatın adı - şrift ölçüsü 12, kursivlə, interval 1,0.
            Elektron poçt ünvanı -  Şrift ölçüsü 12, kursivlə, interval 1,0.
        Məruzənin mətni - şrift Times New Roman (azərbaycan, rus və ya inglis dillində olmaqla), şrift ölçüsü 14, interval 1,0. Formullar Equation Editor (Math Type) vasitəsilə yığılır, şrift ölçüsü 14.
        Ədəbiyyat siyahısı - nömrələnir, şrift ölçüsü 14, məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilir. Ədəbiyyat siyahısında müəlliflərin inisialları soyadıdan qabaq, probelsiz yazılır.
            Xülasə - məqalənin özdilində, şrift ölçüsü 12, kursivlə, interval 1,0.

Açar sözlər - 5-6 söz, şrift ölçüsü 12, kursivlə, interval 1,0.

 

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət