Olimpiadalar

İqtisadi kibernetika kafedrasının dosenti Rafiq Meyxoş oglu Quliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaxından iştirakı və qaygısı sayəsində iki yüzdən artıq xüsusi hazırlıq keçmiş məktəbli şagirdlərimiz dünyanın Rusiya, Türkiyə, Kanada, Hindistan, Argentin a, Tayvan, Yunanıstan, Rumıniya, Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Yaponiya, Qazaxıstan, Meksika, Sloveniya, Vyetnam və s. ölkələrində ugurla çıxış edərək riyaziyyat sahəsində müxtəlf ranqlı medallara sahib olmuşlar.
İnformatika texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Ramin Əlinazim oglu Mahmudzadənin rəhbərliyi ilə respulika məktəblilərinin və tələbələrin informatika üzrə komandasının üzvləri uzun illərdir ki , beynəlxalq olimpiada və müsabiqələrdə ugurla çıxış edirlər. 
Həmin kafedranın baş müəllimi Fuad İsgəndər oglu Qurbanovun  birbaşa şəxsi təşəbbüsü və yeni gənc mütəxəssislərin tapılması və inkişafı məqsədilə ilə demək olar ki , hər il dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfüzadəyə həsr olunmuş olimpiada tipli müsabiqələr keçirilir, qaliblər müxtəlf şirkətlərin sponsorlugu sayəsində mükafatlandırılır, seçilmiş tələbələr gələcək həyata yeni ideyalar müəllifi kimi daxil olurlar.
İnformatika kafedrasının müdiri Mübariz Sevdimalı oglu Xəlilovun rəhbərliyi ilə BDU-nun «Gənc İstedadlar liseyi»nin şagirdləri 2021-ci ildə «Sabahın alimləri» X Respublika müsabiqəsində birinci yeri tutaraq ABŞ-da keçiriləcək beynəlxalq yarışda iştirak hüququ qazanmışlar.Bu müsabiqənin əvəlki illərin yarışlarında Rafiq Quliyevin və Rəfael Həmidovun rəhbərliyi altında müxtəlf məktəblərin şagirdləri ugur qazanmışlar.  
Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət