Seminarlar

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2021-ci il mart ayında keçirilməsi nəzərdə tutulan  onlayn elmi seminarların siyahısı ( cəmi: 4)

S/s

Tarix

Saat

Struktur bölmə

Məruzəçi(lər)

Məruzənin adı

Keçirildiyi yer

1

11.03.2021

 

İnformatika kafedrası

Səxavət Talıbov

Şəkillərin tanınmasında segmentasya və onun tətbiq üsulları.

Onlayn – Microsoft Teams

Xülasə: Şəkillərin tanınmasında segmentasya prosesi zamanı mövcud olan aşağıdakı metod və alqoritmilər haqqında məlumat verilir. Küylü şəkillərin süzgəclənməsi: Qaus, Rayleigh, Erlang,  süzgəcləri. Şəkillərin fəza süzgəcləri:  Hesabi, həndəsi və harmonik ortanın hesablanmasına əsaslanan süzgəclər. Statistik ardıcıllığa, əsaslanan süzgəclər: Median süzğəci, maksimum və minimumun hesablanmasına və orta nöqtənin seçilməsinə əsaslanan süzğəclər; Şəkillərin seqmentasiyası üsullarının əsas növləri: Morfoloji metodlar(Eroziya və dilatasiya əməliyyatları), Sərhəd ayrılması, əlaqəli komponentlərin seçilməsi Seqmentləmə Metodları - Su Hövzəsi və tekstur deskriptor Metodu. Şəkillərdə parlaqlıq və kontrastlığın korreksiyası üsulları: parlaqlıq  histoqramları, şəkilin işıqlandırması, fəsa həllinin yaxşılaşdırılması, gradient və Laplacian əsasında sərhədlərin təyini. Şəkillərdə obyektlərin seçilməsi: "Sehirli Çubuq" Alqoritmi, “ağıllı qayçı” (Magic wand) alqoritmi; Obyektlərin xüsusiyyətlərinin seçilməsi: Sahənin və perimetrin təyin edilməsi , Daxilə və xaicə çəkilmiş çevrələrin radiuslarının təyini, düzbucaqlının tərəflərinin təyini;Künclərin sayının və qaşılıqlı mövqelərinin təyin edilməsi.

2

mart

 

Riyazi kibernetika kafedrası

Aydan İlyaslı

Dəyişən strukturlu  Qursa-Darbu  optimal idarəetmə məsələsində optimallıq üçün zəruri və kafi şərtlər.

Onlayn – Microsoft Teams

Xülasə: Məruzədə bir xətti Qursa-Darbu sistemləri ilə təsvir olunan dəyişən strukturlu  Darbu  optimal idarəetmə məsələsinə baxılır.Optimallıq üçün maksimum prinsipi formasında zəruri və kafi şərtlər alınmışdır.

3

mart

 

Riyazi fizika tənlikləri kafedrası

Yusif Məmmədov

Adi diferensial operatorların spektral nəzəriyyəsinin bəzi klassik problemləri

Onlayn – Microsoft Teams

Xülasə: İşdə indiyə qədər həll olunmamış klassik bir problem-Birkhoff mənada xarakteristik tənliyin köklərinin arqumenti sabit olmadığı halda iki tərtibli adi diferensial operator üçün məxsusi ədədlərin varlığı, hesabi sayda olması və asimptotikası haqqında məsələnin həlli və spektral nəzəriyyənin bəzi digər problemləri haqqında məlumat veriləcəkdir.

4

mart

 

İqtisadi kibernetika kafedrası

Orucova Maral İsgəndər qızı

Təhsilin keyfiyyəti və əhalinin yaşayış səviyyəsi arasındakı əlaqənin ekonometrik təhlili

Onlayn – Microsoft Teams

Xülasə:  İşdə respublikada təhsilin keyfiyyəti və ona qoyulan sərmayələr haqqında təhlillər aparılacaq, təhsilin keyfiyyəti ilə əhalinin yaşayış səviyyəsi arasındakı əlaqənin riyazi modeli qurulmuşdur.

2021-ci il aprel ayında keçirilməsi nəzərdə tutulan onlayn elmi seminarların siyahısı ( cəmi: 4)

S/s

Tarix

Saat

Struktur bölmə

Məruzəçi(lər)

Məruzənin adı

Keçirildiyi yer

1

01.04.2021

 

İnformatika kafedrası

Yeganə Əşrəfova

Yalnız sərhəd şərtləri ilə əlaqəli blok strukturlu adi diferensial tənliklər sistemi ilə optimal idarəetmə məsələsinin tədqiqi

Onlayn – Microsoft Teams

Xülasə: Məqalədə bloklar arasındakı ayrılmamış sərhəd şərtləri ilə əlaqəli blok strukturlu adi diferensial tənliklər sistemləri ilə optimal idarəetmə məsələsi tədqiq olunmuşdur. Baxılan mürəkkəb obyekt bloklardan ibarətdir. Onların hər birinin vəziyyəti adi diferensial tənliklər sistemi ilə təsvir olunur. Bloklar ixtiyari qaydada yalnız ilkin və / və ya son (sərhəd) vəziyyətlərinin qiymətləri ilə əlaqələnmişdir. Tədqiq olunan optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərtlər alınmışıdır. Qeyd edək ki, alınmış qoşma məsələ düz məsələ ilə eyni xüsusiyyətlərə malikdir. Optimal idarəetmə məsələsinin ədədi həllində funksionalın qradiyenti üçün alınmış düsturlar istifadə edərək birinci tərtib optimallaşdırma üsullarının tətbiqi təklif olunur.

2

aprel

 

İnformasiya texnologi-yaları və proqramlaş-dırma kafedrası

Qurbanov Fuad İsgəndər oğlu

Intellektual sistemlərdə qeyri-müəyyənliklərin approksimasiya metodları

Onlayn – Microsoft Teams

Xülasə: Müasir elmin qarşısında duran əsas problemlərdən biri süni intellektual sistemlərdə qeyri-müəyyənlikləri daha adekvat surətdə modelləşdirmə üsullarının işlənib hazırlanmasıdır.Bu istiqamətdə aparılan işlərdə əsas nəticələr  Qeyri-səlis çoxluqlar və Ehtimal nəzəriyyələrinin klassik nəticələri əsasında yaradılır.Hazırlanan riyazi modellər təbii intellektin imkanlarını approksimasiya edir və onların əsasında müasir kompüter texnologiyaları vasitəsi ilə əhəmiyyətli proqram vasitələri tərtib edilir.

3

aprel

 

Optimallaşdırma və idarəetmə kafedrası

Zeynəb İskəndərli

Toplanmış parametrli sistemlər üçün optimal    idarəetmə   məsələsinin ədədi həlli

Onlayn – Microsoft Teams

Xülasə: İşdə adi diferensial tənliklər sistemi üçün Koşi və optimal idarəetmə məsələlərinin ədədi həll üsulları və optimal idarəetmə məsələlərinin ədədi həllində istifadə olunan üsullar araşdırılır. Toplanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələsinin birtərtibli üsullarla ədədi həllindən bəhs olunur. Optimal idarəetmə məsələsinin ədədi həlli üçün qradiyent üsulu və onun alqoritmi araşdırılır. Sonda ədədi eksprementlərin nəticələri və analizi qeyd olunur. C# proqramında alqoritmi qurulur və praktik nəticələrlə müqayisə olunur.

4

aprel

 

Riyazi fizika tənlikləri kafedrası

Zakir Xankişiyev

Parabolik tip tənlik üçün sərhəd şərtlərində məchul funksiyasının inteqralı iştirak edən məsələnin sonlu fərqlər üsulu ilə həlli

Onlayn – Microsoft Teams

Xülasə: Məruzədə bəzi sinif inteqral tipli sərhəd şərtlərinin lokal sərhəd şərtləri ilə əvəz olunması, alınan yeni məsələnin sonlu fərqlər üsulu ilə həlli və fərq məsələsinin həllinin yığılması məsələləri müzakirə olunacaqdır.

2021-ci il may ayında keçirilməsi nəzərdə tutulan onlayn elmi seminarların siyahısı ( cəmi: 4)

S/s

Tarix

Saat

Struktur bölmə

Məruzəçi(lər)

Məruzənin adı

Keçirildiyi yer

1

may

 

Optimallaşdırma və idarəetmə kafedrası

Şəhla Məhərrəmli

İnteqral sərhəd şərtli birölçülü xətti parabolik tənlik üçün başlanğic-sərhəd məsələsinin həllolunanliği haqqinda

Onlayn – Microsoft Teams

Xülasə: Bu işdə axtarılan həldən asılı inteqralın daxil olduğu inteqral sərhəd şərtli birölçülü parabolik tənlik üçün başlanğıc-sərhəd məsələsinin həllolunanlığı tədqiq olunur. Baxılan məsələnin yeganə ümumiləşmiş həllinin varlığı isbat edilmiş və onun hamarlığı tədqiq olunmuşdur.

2

may

 

İnformatika kafedrası

Xəlilov Mübariz

Lay proseslərinin parametrlərinin identifikasiyasıyalı təyini

Onlayn – Microsoft Teams

Xülasə: İndiyə qədər lay parametrlərinin identifikasiyası lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmadan aparılmışdır [2-4]   və bu da anomal yüksək təzyiqli dərin laylarda quyudibi təzyiqin ölçülməsi üçün nəzərdə tutulan  ölçmə işlərinin aparılmasında müəyyən çətinliklərə gətirirdi. Buna görə də, quyu ağzı məlumatlarına əsaslanan lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla quyudibi təzyiqinin nəzəri yolla təyinolunması və onun əsasında lay parametrlərinin identifikasiyalı təyini həm vacib nəzəri, həm də praktik əhəmiyyətli məsələ hesab edilir.Posesi modelləşdirməyə imkan verən nəzəri baza və alqoritm işlənilmiəsi və işlənilmənin texnoloji göstəricilərinin proqnozlaşdırıl­masının proqram təminatının yaradılması nəzərdə tutulur.

3

may

 

Riyazi kibernetika

Kamil Mənsimov

Bir dəyişən strukturlu toplanmış parametrli optimal idarətmə məsələsi haqqında

Onlayn – Microsoft Teams

Xülasə: Məruzədə adi diferensial tənliklər sistemi ilə təsvir olunan bir dəyişən stukturlu optimal idarətmə məsələsinə baxılır. Optimallıq üçün birinci və ikinci tərtib zəruri şətlər tapılmışdır.

4

may

 

Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrası

Kəmalə Qurbanova

Təsadüfi funksiyaların xarakteristikalarının eksperimental üsullarla Maple paketinin koməyi ilə təyin olunması

Onlayn – Microsoft Teams

Xülasə:  İşdə təsadüfi funksiyaların xarakteristikalarının eksperimental üsullarla təhlili veriləcək. Təsadüfi funksiyaların xarakteristikalarının Maple paketinin koməyi ilə araşdırılacaq.

 

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət