Qrantlar, layihələr

Fakültənin  bir  sıra  əməkdaşları  müxtəlif  qrant  layihələrinin  qalibləri olmuş və  bu layihələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, BDU ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Keele universiteti arasında imzalanmış Erasmus+KA01 tələbə-müəllim mübadiləsi qrant layihəsi çərçivəsində elmi-tədqiqat işləri aparmaq üçün Tətbiqi riyaziyyat kafedrasının dosenti Əfəndiyev Rakib Firuz oğlu 02.04.2017-08.04.2017 –ci il tarixlərində, bu kafedranın dosenti Mustafayeva Yelena Yumiddin qızı 02.04.2017-08.04.2017 və 18.12.2017-22.12.2017-ci il tarixlərində, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Əliyeva Sevinc Həmzağa qızı 18.12.2017-22.12.2017-ci il tarixlərində, fakültənin mühəndis-proqramçısı və doktorantı Vəliyeva Sevinc Rəhim qızı 01.03.2017-30.06.2017-ci il tarixlərində  Keele universitetində ezamiyyətdə olmuşlar.

Erasmus+KA01 tələbə-müəllim mübadiləsi layihəsinin qalibləri kimi fakültənin magistrantları Yahya Bəhmən Mehman oğlu və Eyvazlı Nigar Mürsəl qızı 20.09.2017-20.12.2017-ci il tarixlərində, Zərbəlili Nərmin Hüseyn qızı və Dövrüşova  Aynur Aflatun qızı 23.04.2018-31.07.2018-ci il tarixlərində təhsillərini Keele universitetində davam etdirmişlər.

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət