Tətbiqi riyaziyyat və kibernetika fakültəsində hər ilin may ayında magistr, doktorant və gənc elmi tədqiqatçıların “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika Elmi konfransı keçirilir.
Elmi konfransı keçirməkdə məqsəd gənc tədqiqatçıların, o cümlədən magistrant və doktorantların riyaziyyatın tətbiqi sahələrində, informasiya texnologiyaları və iqtisadi tədqiqatlar səhəsində əldə etdikləri elmi nəticələri ilə tanış olmaq, elmin mühüm sahələrinə yönəltmək və konfransın materiallarında çap etdirməkdir.