Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2021-ci il mart ayında keçirilməsi nəzərdə tutulan onlayn elmi seminarların siyahısı ( cəmi: 4)
S/s |
Tarix |
Saat |
Struktur bölmə |
Məruzəçi(lər) |
Məruzənin adı |
Keçirildiyi yer |
1 |
11.03.2021 |
|
İnformatika kafedrası |
Səxavət Talıbov |
Şəkillərin tanınmasında segmentasya və onun tətbiq üsulları. |
Onlayn – Microsoft Teams |
Xülasə: Şəkillərin tanınmasında segmentasya prosesi zamanı mövcud olan aşağıdakı metod və alqoritmilər haqqında məlumat verilir. Küylü şəkillərin süzgəclənməsi: Qaus, Rayleigh, Erlang, süzgəcləri. Şəkillərin fəza süzgəcləri: Hesabi, həndəsi və harmonik ortanın hesablanmasına əsaslanan süzgəclər. Statistik ardıcıllığa, əsaslanan süzgəclər: Median süzğəci, maksimum və minimumun hesablanmasına və orta nöqtənin seçilməsinə əsaslanan süzğəclər; Şəkillərin seqmentasiyası üsullarının əsas növləri: Morfoloji metodlar(Eroziya və dilatasiya əməliyyatları), Sərhəd ayrılması, əlaqəli komponentlərin seçilməsi Seqmentləmə Metodları - Su Hövzəsi və tekstur deskriptor Metodu. Şəkillərdə parlaqlıq və kontrastlığın korreksiyası üsulları: parlaqlıq histoqramları, şəkilin işıqlandırması, fəsa həllinin yaxşılaşdırılması, gradient və Laplacian əsasında sərhədlərin təyini. Şəkillərdə obyektlərin seçilməsi: "Sehirli Çubuq" Alqoritmi, “ağıllı qayçı” (Magic wand) alqoritmi; Obyektlərin xüsusiyyətlərinin seçilməsi: Sahənin və perimetrin təyin edilməsi , Daxilə və xaicə çəkilmiş çevrələrin radiuslarının təyini, düzbucaqlının tərəflərinin təyini;Künclərin sayının və qaşılıqlı mövqelərinin təyin edilməsi. |
||||||
2 |
mart |
|
Riyazi kibernetika kafedrası |
Aydan İlyaslı |
Dəyişən strukturlu Qursa-Darbu optimal idarəetmə məsələsində optimallıq üçün zəruri və kafi şərtlər. |
Onlayn – Microsoft Teams |
Xülasə: Məruzədə bir xətti Qursa-Darbu sistemləri ilə təsvir olunan dəyişən strukturlu Darbu optimal idarəetmə məsələsinə baxılır.Optimallıq üçün maksimum prinsipi formasında zəruri və kafi şərtlər alınmışdır. |
||||||
3 |
mart |
|
Riyazi fizika tənlikləri kafedrası |
Yusif Məmmədov |
Adi diferensial operatorların spektral nəzəriyyəsinin bəzi klassik problemləri |
Onlayn – Microsoft Teams |
Xülasə: İşdə indiyə qədər həll olunmamış klassik bir problem-Birkhoff mənada xarakteristik tənliyin köklərinin arqumenti sabit olmadığı halda iki tərtibli adi diferensial operator üçün məxsusi ədədlərin varlığı, hesabi sayda olması və asimptotikası haqqında məsələnin həlli və spektral nəzəriyyənin bəzi digər problemləri haqqında məlumat veriləcəkdir. |
||||||
4 |
mart |
|
İqtisadi kibernetika kafedrası |
Orucova Maral İsgəndər qızı |
Təhsilin keyfiyyəti və əhalinin yaşayış səviyyəsi arasındakı əlaqənin ekonometrik təhlili |
Onlayn – Microsoft Teams |
Xülasə: İşdə respublikada təhsilin keyfiyyəti və ona qoyulan sərmayələr haqqında təhlillər aparılacaq, təhsilin keyfiyyəti ilə əhalinin yaşayış səviyyəsi arasındakı əlaqənin riyazi modeli qurulmuşdur. |
2021-ci il aprel ayında keçirilməsi nəzərdə tutulan onlayn elmi seminarların siyahısı ( cəmi: 4)
S/s |
Tarix |
Saat |
Struktur bölmə |
Məruzəçi(lər) |
Məruzənin adı |
Keçirildiyi yer |
1 |
01.04.2021 |
|
İnformatika kafedrası |
Yeganə Əşrəfova |
Yalnız sərhəd şərtləri ilə əlaqəli blok strukturlu adi diferensial tənliklər sistemi ilə optimal idarəetmə məsələsinin tədqiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Məqalədə bloklar arasındakı ayrılmamış sərhəd şərtləri ilə əlaqəli blok strukturlu adi diferensial tənliklər sistemləri ilə optimal idarəetmə məsələsi tədqiq olunmuşdur. Baxılan mürəkkəb obyekt bloklardan ibarətdir. Onların hər birinin vəziyyəti adi diferensial tənliklər sistemi ilə təsvir olunur. Bloklar ixtiyari qaydada yalnız ilkin və / və ya son (sərhəd) vəziyyətlərinin qiymətləri ilə əlaqələnmişdir. Tədqiq olunan optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərtlər alınmışıdır. Qeyd edək ki, alınmış qoşma məsələ düz məsələ ilə eyni xüsusiyyətlərə malikdir. Optimal idarəetmə məsələsinin ədədi həllində funksionalın qradiyenti üçün alınmış düsturlar istifadə edərək birinci tərtib optimallaşdırma üsullarının tətbiqi təklif olunur. |
||||||
2 |
aprel |
|
İnformasiya texnologi-yaları və proqramlaş-dırma kafedrası |
Qurbanov Fuad İsgəndər oğlu |
Intellektual sistemlərdə qeyri-müəyyənliklərin approksimasiya metodları |
Onlayn – Microsoft Teams |
Xülasə: Müasir elmin qarşısında duran əsas problemlərdən biri süni intellektual sistemlərdə qeyri-müəyyənlikləri daha adekvat surətdə modelləşdirmə üsullarının işlənib hazırlanmasıdır.Bu istiqamətdə aparılan işlərdə əsas nəticələr Qeyri-səlis çoxluqlar və Ehtimal nəzəriyyələrinin klassik nəticələri əsasında yaradılır.Hazırlanan riyazi modellər təbii intellektin imkanlarını approksimasiya edir və onların əsasında müasir kompüter texnologiyaları vasitəsi ilə əhəmiyyətli proqram vasitələri tərtib edilir. |
||||||
3 |
aprel |
|
Optimallaşdırma və idarəetmə kafedrası |
Zeynəb İskəndərli |
Toplanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələsinin ədədi həlli |
Onlayn – Microsoft Teams |
Xülasə: İşdə adi diferensial tənliklər sistemi üçün Koşi və optimal idarəetmə məsələlərinin ədədi həll üsulları və optimal idarəetmə məsələlərinin ədədi həllində istifadə olunan üsullar araşdırılır. Toplanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələsinin birtərtibli üsullarla ədədi həllindən bəhs olunur. Optimal idarəetmə məsələsinin ədədi həlli üçün qradiyent üsulu və onun alqoritmi araşdırılır. Sonda ədədi eksprementlərin nəticələri və analizi qeyd olunur. C# proqramında alqoritmi qurulur və praktik nəticələrlə müqayisə olunur. |
||||||
4 |
aprel |
|
Riyazi fizika tənlikləri kafedrası |
Zakir Xankişiyev |
Parabolik tip tənlik üçün sərhəd şərtlərində məchul funksiyasının inteqralı iştirak edən məsələnin sonlu fərqlər üsulu ilə həlli |
Onlayn – Microsoft Teams |
Xülasə: Məruzədə bəzi sinif inteqral tipli sərhəd şərtlərinin lokal sərhəd şərtləri ilə əvəz olunması, alınan yeni məsələnin sonlu fərqlər üsulu ilə həlli və fərq məsələsinin həllinin yığılması məsələləri müzakirə olunacaqdır. |
2021-ci il may ayında keçirilməsi nəzərdə tutulan onlayn elmi seminarların siyahısı ( cəmi: 4)
S/s |
Tarix |
Saat |
Struktur bölmə |
Məruzəçi(lər) |
Məruzənin adı |
Keçirildiyi yer |
1 |
may |
|
Optimallaşdırma və idarəetmə kafedrası |
Şəhla Məhərrəmli |
İnteqral sərhəd şərtli birölçülü xətti parabolik tənlik üçün başlanğic-sərhəd məsələsinin həllolunanliği haqqinda |
Onlayn – Microsoft Teams |
Xülasə: Bu işdə axtarılan həldən asılı inteqralın daxil olduğu inteqral sərhəd şərtli birölçülü parabolik tənlik üçün başlanğıc-sərhəd məsələsinin həllolunanlığı tədqiq olunur. Baxılan məsələnin yeganə ümumiləşmiş həllinin varlığı isbat edilmiş və onun hamarlığı tədqiq olunmuşdur. |
||||||
2 |
may |
|
İnformatika kafedrası |
Xəlilov Mübariz |
Lay proseslərinin parametrlərinin identifikasiyasıyalı təyini |
Onlayn – Microsoft Teams |
Xülasə: İndiyə qədər lay parametrlərinin identifikasiyası lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmadan aparılmışdır [2-4] və bu da anomal yüksək təzyiqli dərin laylarda quyudibi təzyiqin ölçülməsi üçün nəzərdə tutulan ölçmə işlərinin aparılmasında müəyyən çətinliklərə gətirirdi. Buna görə də, quyu ağzı məlumatlarına əsaslanan lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla quyudibi təzyiqinin nəzəri yolla təyinolunması və onun əsasında lay parametrlərinin identifikasiyalı təyini həm vacib nəzəri, həm də praktik əhəmiyyətli məsələ hesab edilir.Posesi modelləşdirməyə imkan verən nəzəri baza və alqoritm işlənilmiəsi və işlənilmənin texnoloji göstəricilərinin proqnozlaşdırılmasının proqram təminatının yaradılması nəzərdə tutulur. |
||||||
3 |
may |
|
Riyazi kibernetika |
Kamil Mənsimov |
Bir dəyişən strukturlu toplanmış parametrli optimal idarətmə məsələsi haqqında |
Onlayn – Microsoft Teams |
Xülasə: Məruzədə adi diferensial tənliklər sistemi ilə təsvir olunan bir dəyişən stukturlu optimal idarətmə məsələsinə baxılır. Optimallıq üçün birinci və ikinci tərtib zəruri şətlər tapılmışdır. |
||||||
4 |
may |
|
Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrası |
Kəmalə Qurbanova |
Təsadüfi funksiyaların xarakteristikalarının eksperimental üsullarla Maple paketinin koməyi ilə təyin olunması |
Onlayn – Microsoft Teams |
Xülasə: İşdə təsadüfi funksiyaların xarakteristikalarının eksperimental üsullarla təhlili veriləcək. Təsadüfi funksiyaların xarakteristikalarının Maple paketinin koməyi ilə araşdırılacaq. |