Tələbələr üçün

Magistratura səviyyəsində yeni ixtisaslaşma:"Kompüter elmləri və texnologiyaları"   

Kompüter elmləri və texnologiyalarının sürətli inkişafı bir çox problemlərin və mürəkkəb praktiki məsələlərin həllinin aktuallaşmasına gətirib çıxarır. Veb dizaynın, elektron ticarət sistemlərinin, böyük məlumat bazalarının, süni intellekt sistemlərinin,  kompüter qrafikasının, hesablama buludlarının, informasiyanın təhlükəsizliyinin təmin olunması sistemlərinin və s. yaradılması kimi problemlərin həlli üçün "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşmasının məzunlarına ehtiyac duyulur. O cümlədən, kompüter elmləri və texnologiyaları sahəsində hərtərəfli riyazi təhsili və biliyi olan, alqoritmik düşüncəyə sahib olan, effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını bilən və onları real sənaye məsələlərində tətbiq etmək bacarığına malik olan magistrlərin hazırlanmasına respublikamızın əmək bazarında ehtiyac duyulur.

Bu gün əmək bazarının əsas tələblərindən biri kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İnformasiya texnologiyaları sahəsində dərin bilik sisteminə malik olan, kompüter elmləri və texnologiyalarının fundamental və xüsusi tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdırmaq və effektiv həll etmək imkanına malik olan təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir.

Məşğulluq bazarında Verilənlər bazası inzibatçısı; Veb dizayner; NET tərtibatçısı; Veb tərtibatçısı; Kompüter şəbəkələrinin inzibatçısı; Sistem inzibatçısı; Biznes analitik və s. kimi mövqelərə olan böyük təlabat, o cümlədən, ölkəmizdəki sənaye müəssisələrində və biznes sektorunda Rəqəmsal transformasiya və modernləşmə istiqamətində məlumatların rəqəmsallaşdırılması, tətbiqi analitika, innovativ həll və s. kimi məsələlər üzrə texnologiyalara olan böyük ehtiyac bir daha “Kompüter elmləri və texnologiyaları” ixtisası üzrə təcrübəli ixtisaslaşmış mütəxəssislərin tez bir zamanda hazırlanmasını aktual edir.

Bütün bunları nəzərə alaraq, 15 sentyabr 2021-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsinin “Kompüter Elmləri” ixtisasında “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması açılacaqdır. Bu ixtisaslaşmasının əsas məqsədi kompüter elmləri sahəsində təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir.

 

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət