Tətbiqi riyaziyyat və kibernetika fakultəsində imtahan sessiyası başladı

7 İyun 20:02

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində imtahan sessiyası başladı

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində  Microsoft Teams platforması üzrə keçirilən yaz semestrinin imtahan sessiyası başladı.

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində yaz semestrinin imtahan sessiyasının birinçi həftəsinin birinçi imtahan günü uğurla başladı.

07 iyun  2021-ci il tarixində bakalavriat pilləsində I və III kurs üzrə ümümi 718 tələbə imtahanda iştirak edib. Müvəffəq qiymət alan tələbələrin sayı 716.

Magistratura pilləsində isə bu gün I kursda 9  ixtisaslaşmada 2 fənn üzrə 39 magistrant imtahanlarda fəal iştirak edərək müvəffəq qiymət almışlar.

İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyirlər.

Tələbələrin şikayət və təkliflərinə baxılması məqsədilə yaradılan BDU rektorunun yanında yaradılmış Apellyasiya Komissiyası və "Qaynar xətt" müraciətləri dinləyərək, qarşıya çıxan problemləri operativ araşdırır.

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət